Soçidə qasırğa: Çimərliklər bağlandı, təyyarələr eniş edə bilmədi

25-08-2024, 17:34           
Soçidə qasırğa: Çimərliklər bağlandı, təyyarələr eniş edə bilmədi
Rusiyanın Soçi Beynəlxalq Hava Limanı güclü külək səbəbindən fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 20 təyyarənin ekipajı eniş edə bilməyərək, alternativ aerodromlara - Mineralnıye Vodı, Stavropol, Vladiqafqaz, Qroznı, Elista aerodromlarına getmək barədə qərar qəbul edib.

Öz növbəsində, Soçi administrasiyası pisləşən hava şəraiti ilə əlaqədar şəhər daxilindəki bütün çimərliklərin müvəqqəti bağlandığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru