Tanınmış tarixçi alim qəzaya düşdü - Seçicilərlə görüşdən qayıdanda

25-08-2024, 20:03           
Tanınmış tarixçi alim qəzaya düşdü - Seçicilərlə görüşdən qayıdanda

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Arif Hacılı məlumat yayıb.

N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
---
Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News365.az-a bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Ruhu şad olsun!















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru