Bakıda ağlagəlməyən fırıldaq: Süni intellektlə “oğlun qəzaya düşüb, pul gətir” tələb olunur – Polis onlarla şəxsi saxlayıb
27-08-2024, 12:25
Bakıda süni intellektin vasitəsilə insanları şantaj edən və qorxudaraq pul qoparan dələduzlar peyda olub.
Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb.
“Fırıldaq uzulu belədir: Valideyninizə zəng gəlir. Dəstəyin o tərəfində sizin səsin süni intellekt ilə klonlanmış variantı danışır. Sizin səsinizlə valideyninizə qəza törətdiyinizi, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuzu deyirlər. Klonlanmış səslə danışan valideyndə sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.
Valideyndən təcili formada pul istənilir. Bütün əldə olan pullar hamısı xəstəxana xərcləri üçün tələb olunur. İnandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır”.
Növbəti mərhələdə oğul atasına deyir ki, özü gələ bilmir, pul üçün adam göndərir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır.
“Film kimi senari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksiumum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.
DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bununla bağlı məlumatlıdırlar: “Tədbirlər görülür. Bu istiqamətdə məlumatlar yaymışıq. Əməli törədən, kuriyer kimi istifadə olunan onlarla şəxs müəyyən edilərək saxlanılıb”.
Pərdəşünasın status ilə bağlı şərh yazan istifadəçilər bu fırıldaqçıların qurbanı olmuş şəxsləri və bir sıra faktları sadalayıblar.