Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - Foto

28-08-2024, 15:58           
Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - Foto
Türkiyənin Kuşadası şəhərindəki hotellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
TEREF Unikal.az-a istinadən xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu hotellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar hotelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru