Çexiyada quş qripi epidemiyası qeydə alınıb

14-09-2024, 16:34           
Çexiyada quş qripi epidemiyası qeydə alınıb
Çexiyanın mərkəzindəki Prşibram şəhəri yaxınlığındakı Martiniçe kəndində quş qripi epidemiyası qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə " IrozhlasCо" portalı respublikanın kənd təsərrüfatı naziri Marek Vıbornıya istinadən xəbər
Qeyd edilir ki, Martiniçedəki quşçuluq fermasında toyuqlarda və ev qazlarında quş qripi aşkarlanıb. Baytarlar quşları orada kəsmək qərarına gəliblər. Söhbət 700 ev qazından və 300 toyuqdan gedir.

Hakimiyyət orqanları quş qripinin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu arada, mütəxəssislərin fikrincə, onun insanlara keçmə riski çox aşağı qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru