“Apple”in “TikTok”a gizli təzyiqi sənədlərlə sübuta yetirilib

2-11-2024, 12:14           
“Apple”in “TikTok”a gizli təzyiqi sənədlərlə sübuta yetirilib
Xüsusilə gənc auditoriyaya müraciət edən məşhur sosial media platforması “TikTok”un “Apple” tərəfindən təzyiqlərə məruz qaldığını göstərən sənədlər ortaya çıxdı.

İndex.az xəbər verir ki, bu sənədlərə görə, “Apple” yaş həddini artırmaq üçün “TikTok”a təzyiq edib.

“Apple” tərəfindən təyin edilmiş araşdırma qrupu, 2022-ci ildə “TikTok” tətbiqinə ədəbsiz məzmunun tez-tez daxil edildiyini aşkar etdi. Daha sonra “TikTok”dan “App Store” təlimatlarını tətbiq etməyi tələb edilib.

“TikTok” sözçüsü Aleks Haurekin sözlərinə görə, Apple ilə söhbətdən sonra şirkətlər arasında razılıq əldə olunub. “TikTok” tərəfi məlumat sızmasından narahat olduğunu bildirib və məxfilik tələb edib.

Haurek şirkətlər arasında məlumatın bu şəkildə yayılmasının məsuliyyətsizlik olduğunu bildirməklə yanaşı, “Apple” ilə də razılıq əldə edildiyini vurğuladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru