Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər

4-11-2024, 08:47           
Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər
"Yayılan görüntülərlə bağlı araşdırma aparılır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Bakı şəhərinin mərkəzində yolu bağlayıb taksi sürücüsünü döyüblər.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, gecə təxminən saat 3 radələrində şəhərin Nizami küçəsində gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qadın arasında mübahisə yaranıb. Sərnişin zəng edərək öz yaxınlarını hadisə yerinə çağırıb və onlar taksi sürücüsünə qarşı zor tətbiq ediblər.

Qeyd olunur ki, həmin şəxslər ictimai asayişi kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib. Taksi sürücüsünə zor tətbiq etmiş şəxslər həm də avtomobillə yolu bağlayaraq hərəkətə maneə törədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru