Rusiya Qvardiyasının generalı həbs edilib

4-11-2024, 11:18           
Rusiya Qvardiyasının generalı həbs edilib
Moskvada Rusiya Qvardiyasının arxa cəbhə rəisinin müavini Mirza Mirzayev həbs edilib.

Bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Müstəntiqlərin bildirdiyinə görə, 52 yaşlı general-mayor 480 milyon rublluq (təxminən 5 milyon dollar - red.) müqaviləni pozmaqla hədələyərək, modul tikililər üçün təchizatçdan 140 milyon rubl tələb edib. O, pulu aldıqdan sonra saxlanılıb.

Vəkillər Mirzayevin ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə onun 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasında qalmasına hökm verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru