Dubayda Hoteldə partlayış zamanı 2 NƏFƏR AZƏRBAYCANLI XƏSARƏT ALIB - ÖZƏL

4-11-2024, 08:42           
Dubayda Hoteldə partlayış zamanı 2 NƏFƏR AZƏRBAYCANLI XƏSARƏT ALIB - ÖZƏL
Dubayın Deira rayonunda yerləşən Hayat Palace otelində dəhşətli partlayış baş verib.

Ajans.az-ın əldə etdiyi məlumata görə partlayış zamanı 2 Azərbaycanlı xəsarət alıb.

Onların ağır yanıq xəsarətləri aldığı deyilir. Son durumları barədə dəqiq məlumat verilmir.

Xəsarət alanlar arasında 2 nəfərdən artıq Azərbaycanlının olub olmaması barədə hələlik məlumat yoxdur.
Hadisə ilə bağlı 2 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, hadisə zamanı ölən şəxslər Azərbaycan vətandaşı deyil.

Partlayış baş verən ərazi azərbaycanlıların ticarət üçün ən çox səfər etdiyi rayondur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru