“Eminlə nikahımızı pozmaq qərarına gəldim”- Leyla Əliyeva

31-05-2015, 17:02           
“Eminlə nikahımızı pozmaq qərarına gəldim”- Leyla Əliyeva
Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla olan münasibətinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, xanım Əliyeva bu barədə rəsmi instagram səhifəsində məlumat yayıb.

Leyla Əliyeva bildirib ki, onun Emin Ağalarovla mübasibətlərinin formal xarakterdə olması Azərbaycanda bir çoxlarına sirr deyil və artıq boşanmaq üçün müraciət edib:

“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Qeyd edək ki, Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.