Kerç boğazında batan tankerin ölü sayılan kapitanı sağ qalıb

16-12-2024, 15:44           
Kerç boğazında batan tankerin ölü sayılan kapitanı sağ qalıb
Kerç boğazında sahildən bir neçə kilometr aralıda batan Rusiyanın "Volqoneft-212" tankerinin kapitanı ölü hesab edilsə də, nəticədə sağ qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, kapitan mazutlu suda boğulmaq üzrə olub. O, huşunu itirib, onurğasından zədə alıb və donub. İndi o, və digər ekipaj üzvü reanimasiyadadırlar.

Bildirilir ki, gəminin 13 nəfərdən ibarət bütün heyəti xilas edilib, onlardan 11-i donma diaqnozu ilə Anapa xəstəxanasına yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru