İranda altımərtəbəli bina tamamilə uçub

16-12-2024, 11:16           
İranda altımərtəbəli bina tamamilə uçub
İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin Zeytun-Karmandi rayonunda dekabrın 16-da gecə saatlarında 16 mənzilli altımərtəbəli bina tamamilə uçub.

TNS “İran İnternational”a istinadən xəbər verir ki, məlumatı Xuzistan Qızıl Aypara Cəmiyyətinin direktoru Vahid Şabani” yayıb.

Bildirilib ki, dağıntı baş verən kimi sakinlər binanı tərk edib. İtkilər barədə məlumat yayılmayıb.

Məlumata görə, korrupsioner təşkilatların və səriştəsiz məmurların səhlənkarlığı ucbatından 16 ailənin həyatı məhv edilib.

“Binanın uçma ehtimalının son 10 gündə bir və ya iki dəfə proqnozlaşdırıldığını nəzərə alaraq, bina müdiri ərazini boşaldıb”, - Vahid Şabani vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru