Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

6-02-2025, 00:08           
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yaxınlarının bildirməsinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.

Hələlik, baş verənlərə rəsmi qurumlar münasibət bildirməyib. Ehtimal olunur ki, Ş.Bəylərqızı "Toplum TV işi"nə görə saxlanılıb.

Qeyd edək ki, Şahnaz Bəylərqızı Toplum TV-də çalışırdı. O, "Toplum TV işi" ilə bağlı bir neçə ay öncə Bakı şəhər Baş Polis İdarəsində ifadə vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru