ABŞ-də 100 min toyuq yumurtası oğurlandı

6-02-2025, 09:12           
ABŞ-də 100 min toyuq yumurtası oğurlandı
ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxslər 100 min toyuq yumurtasını oğurlayıblar.

CNN telekanalının verdiyi məlumata görə, hadisə quş qripinin doğurduğu yumurta çatışmazlığı və onun bahalaşması fonunda baş verib.

İnsident Qrinkasl şəhərində qeydə alınıb. Oğurlanmış məhsulların dəyəri 40 min dollar məbləğində qiymətləndirilir.

Yumurtalar "Pete & Gerry"s Organics" istehsalçı şirkətin zavodunun qarşısında park edilmiş yük maşınından oğurlanıb.

Qeyd edək ki, ABŞ-də son aylar ərzində toyuq yumurtası qıtlığı müşahidə olunur və bu məhsulun qiyməti yüksək olaraq qalır. Buna səbəb 2024-cü ilin noyabr-dekabr aylarında 17,2 milyon yumurtlayan toyuğun ölümü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru