ABŞ Yəmənə zərbə endirdi: 70 ölü

7-04-2025, 10:24           
ABŞ Yəmənə zərbə endirdi: 70 ölü
Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-ın aprelin 2-də qərbdəki əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Bakupost.az xəbər verir ki, bu açıqlama ilə Yəmən hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani çıxış edib.
"Aprelin 2-də əl-Hudeydə əyalətinin cənub sahilindəki əl-Fəza bölgəsində husilərin toplaşdığı əraziyə ABŞ ordusunun dəqiq aviazərbəsi nəticəsində 70 terrorçu öldürülüb", - o “X” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, hücumda tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru