Sidney reysində insident: Sərnişin havada təyyarənin qapısını açmağa çalışdı

7-04-2025, 15:11           
Sidney reysində insident: Sərnişin havada təyyarənin qapısını açmağa çalışdı
Sərnişin Sidneyə uçuş zaman təyyarənin qəza qapısını açmağa cəhd göstərib.

Bu barədə "The Guardian" nəşri xəbər verir.

İnsident Kuala-Lumpurdan Sidneyə uçan hava gəmisinin göyərtəsində baş verib. Şahidlərin sözlərinə görə, kişi qəfil yerindən cumaraq, əvvəlcə qəza çıxışının arxa qapısını açmağa çalışıb.

Göyərtə bələdçiləri onu öz kreslosunda oturtsalar da, sərnişin yerində durmayıb və qəza çıxışının digər qapısını açmağa cəhd edib.

Bu zaman digər sərnişinlər və ekipaj üzvləri xuliqanı yenidən sakitləşdirməli olublar. Kişi müqavimət göstərərək, onlardan birini boğmaq qərarına gəlib.

Təyyarə endikdən sonra polis onu saxlayıb. Kişinin 46 yaşlı İordaniya vətəndaşı olduğu üzə çıxıb.

Məhkəmə qarşısına çıxacaq xuliqanı belə bir qanun pozuntusuna görə 10 il həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru