Dnepropetrovskda güclü partlayış qeydə alınıb

11-04-2025, 08:34           
Dnepropetrovskda güclü partlayış qeydə alınıb
Rusiya ordusu Dnepropetrovskdə “Biosfera” zavodunu vurub

Rusiya ordusunun Dnepropetrovsk şəhərində yerləşən “Biosfera” zavoduna zərbə endirdiyi bildirilir.

32gun.az bildirir ki, zərbə anına aid görüntüləri hərbi müxbir Yuriy Kotenok öz Telegram kanalında yayımlayıb.

“Dnepropetrovskdə ‘İskəndər’ raketinin hədəfi vurduğu an. Böyük ehtimalla, Ukraynanın hərbi-sənaye kompleksinin zəncirinə daxil olan ‘Biosfera’ zavodu zərər görüb”, – deyə müxbir paylaşımında qeyd edib.

“Lenta.ru”nun yazdığına görə, zavodun zədələndiyini “Biosphere Corporation” şirkətinin sahibi Andrey Zdesenko da təsdiqləyib.

Yayılan görüntülərdə raketin obyektə dəydiyi və ardınca güclü partlayış baş verdiyi görünür. Əlavə yayılan videolarda zərbədən sonra zavod ərazisində güclü yanğının başlandığı əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru