Nyu-Yorkdakı qəzada “Siemens”in direktoru ailəsi ilə birgə həlak olub

12-04-2025, 12:58           
Nyu-Yorkdakı qəzada “Siemens”in direktoru ailəsi ilə birgə həlak olub
Ötən gün Manhetten yaxınlığında Hudson çayında helikopterin qəzaya uğraması nəticəsində “Siemens” şirkətinin İspaniya və Cənub-Qərbi Avropa üzrə rəhbəri Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı həlak olublar.

Bu haqda “ABC News” məlumat yayıb.

Məlumata görə, helikopter havaya qalxdıqdan 15 dəqiqə sonra qəzaya uğrayıb. Belə ki, ailə İspaniyadan Nyu-Yorka gəlib və məşhur turist marşrutu üzrə helikopterlə şəhər üzərində gəzintiyə çıxıb. Helikopter qəzasının altıncı qurbanı 36 yaşlı pilot olub.

Xatırladaq ki, aprelin 10-da yerli vaxtla saat 15:17-də helikopter idarəetməni itirərək Hudson çayına düşüb. Polis 4 nəfərin cəsədini sudan çıxarıb. Hadisənin səbəbi araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru