Britaniyada dəhşət: İnsan kəlləsindən hazırlanmış qədəhdən istifadə olunub

23-04-2025, 15:26           
Britaniyada dəhşət: İnsan kəlləsindən hazırlanmış qədəhdən istifadə olunub
Böyük Britaniyada Oksford Universitetinin Vuster kollecində onilliklər boyu rəsmi tədbirlərdə insan kəlləsindən hazırlanmış qədəhdən istifadə edilib. Bunu "Hər bir abidə dağılacaq" adlı yeni kitabında universitetin Pitt Rivers Muzeyinin kuratoru professor Den Hiks yazıb.

"The Guardian" xəbər verir ki, tarixçinin sözlərinə görə, qədəh kəsilmiş və cilalanmış kəllə sümüyündən hazırlanıb, gümüş detallarla bəzədilib. Bu qab 2015-ci ilə qədər Vuster kollecində rəsmi ziyafətlərdə şərab və şokolad təqdim etmək üçün istifadə olunub.

Karbon analizi göstərib ki, kəllə təxminən 225 yaşındadır. Dolayı məlumatlara görə, o Karib adalarından olan qul qadına məxsus ola bilər, lakin onun şəxsiyyəti naməlumdur.

Qədəhi 1946-cı ildə kollecə faşizm tərəfdarı olan, İkinci Dünya müharibəsi zamanı həbs olunmuş Corc Pitt-Rivers hədiyyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru