Yaşlı qadın bomba barədə zarafat etdi, təyyarədən qovuldu

Bu gün, 11:27           
Yaşlı qadın bomba barədə zarafat etdi, təyyarədən qovuldu
İndoneziyada yaşlı bir qadın çantasında bomba olduğunu zarafatla dediyi üçün təyyarədən endirilib.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Cakartadakı Sukarno-Hatta hava limanında baş verib.

"Batik Air" aviaşirkətinin təyyarəsində uçuşdan əvvəl yaşlı sərnişin çantasında bomba olduğunu zarafatla bildirib. Hadisə yerindən çəkilən görüntülərdə qadının sakit şəkildə əşyalarını topladığı və təyyarəni təhlükəsizlik işçilərinin nəzarəti altında tərk etdiyi görünür. Qadın müqavimət göstərməyib və işçilərin təlimatlarına əməl edib. Digər sərnişinlər isə öz yerlərində qalıblar.

Məlumata görə, ekipaj standart protokola uyğun hərəkət edib. Pilotlar hadisə barədə məlumat verib, təhlükəsizlik xidməti yoxlama aparıb. Sərnişinin üzərində heç bir təhlükəli əşya tapılmasa da, o, yenə də uçuşdan kənarda qalıb.

Qadının hərəkətinə görə təyyarənin uçuşu iki saat ləngiyib. "Batik Air"in nümayəndəsi qadının təhdid elementi daşıyan ifadə işlətdiyinə görə şirkətin qara siyahısına salındığını təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.