Yol polisindən qorxan sürücü qəza törətdi; maşındakı 5 nəfər düşüb qaçdı - VİDEO

1-05-2025, 09:34           
Yol polisindən qorxan sürücü qəza törətdi;
Yol polisi əməkdaşlarından qorxan sürücü qəza törədib.
Avtosfer.az xəbər verir ki, Rusiyanın Cənubi Saxalin bölgəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, normal hərəkətdə olan “Honda” markalı minik avtomobilinin sürücüsü yol kənarında bir neçə yol polis əməkdaşını görərək anidən qaza sıxıb. Özünü və sükan idarəetməsini itirən sürücü avtomobillə öncə yol nişanlarına, daha sonra isə hasara çırpılıb.
Qəzadan sonra avtomobildə olan 5 nəfər hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları qaçan şəxslərin axtarışını davam etdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru