Qaz sayğaclarının balansını istədiyiniz qədər artıra bilməyəcəksiz — VİDEO

3-12-2016, 09:51           

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat yükləyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib.

Ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız bir dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

teref.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru