Ulduzlar altında romantik söhbət adi zorlanma ilə bitdi.....

27-12-2016, 10:13           

Zorlama hadisəsi ilə bağlı növbəti ərizə Xəzər rayon Polis İdarəsinə ötən bazar günü daxil olub.

Xəzər rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib. O, bildirib ki, dekabrın 23-də saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində ona 1993-cü il təvəllüdlü T.C. təcavüz edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. 24 yaşlı qadın etiraf edib ki, gənc oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub.

Oğlan onu öz avtomobilinə oturdub və dəniz sahilində gəzməyi təklif edib. O, söz verib ki, sadəcə ulduzların altında söhbət edəcəklər. Qadın da razılaşıb. Lakin dəniz sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, bu heç bir nəticə verməyib.

İş üzrə materiallar rayon prokurorluğuna göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru