ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...

Bu gün, 17:48           
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi daha bir tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, qurum DOST Çağrı Mərkəzi 142 üçün mebellərin satın alınmasını həyata keçirəcək.

Bu məqsədlə “DEKORİKO” QSC ilə razılaşma əldə olunub. Həmin mebellərin alınması isə 22 min 890 manata başa gələcək.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, DOST-un anlaşdığı şirkət 2022-ci ildən indiyə qədər cəmi 4 tenderə qatılıb. Həmin tenderlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan şirkətlərin keçirdikləri olub. Yəni, ƏƏSMN sistemindən kənara çıxmayıb.

Məsələn, həmin tenderlərdən biri ƏƏSMN-in yanında Dövlət Əmək Müfəttişliyinə inventarların alınması ilə bağlı olub. “DEKORİKO” ilə 2023-cü ildə anlaşmaya əsasən 36 min 766 manat ödəniş edilib.

ƏƏSMN-in bu şirkətlə birbaşa anlaşması isə 2023-cü ilin avqusutunda baş verib. Mebel və inventarların satın alınması prosesinə görə, nazirlik şirkətə 73 min 393 manat pul verib.

Araşdırma zamanı bəlli olub ki, ƏƏSMN 2022-ci ilin noyabrında da bu şirkətdən ofis qapıları və digər inventarlar satın alıb. “DEKORİKO” QSC-yə isə bua görə, 82 min 514 manat ödənilib.

Bu məlumatlardan belə anlaşılır ki, ya bu şirkət məhz ƏƏSMN-in rəhbərliyində təmsil olunanlardan biri ilə bu və ya digər formada bağlıdır, ya da bu şirkəti məhz özləri üçün yaradıblar. Əks halda, niyə bir şirkət yalnız bir nazirliyin tenderlərinə qatılsın ki?

Qeyd edək ki, nizamnamə kapitalı 2 min manat olan “Dekoriko” QSC-nin hüquqi ünvanı Sabunçu rayonu, Balaxanı ŞTQ, Balaxanı-Binəqədi şossesi, ev 17a-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əmiraslanov Knyaz Bəxtiyar oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru