Səngəçaldakı partlayışdan son görüntülər - VİDEO
27-12-2016, 12:54

akıda qaz kəmərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Femida.az-a bildirib ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.
[media=https://www.youtube.com/watch?v=7e8IilEivUc]
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının sözlərinə görə, hadisə Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində "Azəriqaz"ın Qaz ixracı idarəsinin kompressor stansiyasında baş verib.
Mirvari Qəhərmanl vurğlayıb ki, alov evlərə sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparılır.
***
Bakının Qaradağ rayonu ərazisində güclü partlayış olub.
Femida.az Criminal.az-a istinadən xəbər verir ki, Səngəçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.
[media=https://www.youtube.com/watch?v=jmjqHk5t5mc]