5 tələbənin öldüyü dəhşətli qəzanın - Videosu

9-03-2017, 15:43           
5 tələbənin öldüyü dəhşətli qəzanın - Videosu
Bakı-Sumqayıt yolunda baş verən qəzanın görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli 10 BE 132 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. O, digər "Ford"u ötməyə çalışır. Qadağan olmasına baxmayaraq, sağdan ötmə əməliyyatına cəhd edən sürücü Namiq Hüseynov idarəetməni itirir və yolun sağındakı, körpünün üzərində xarab olduğu üçün qalan ZİL markalı yük maşınına çırpılır.

Qeyd edək ki, mişar daşı daşıyan ZİL-in təkəri partladığı üçün sürücü körpüdə saxlayaraq, təhlükəsizlik tədbiri kimi bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən "Ford" sonra sol tərəfdən ZİL-ə çırpılır.

Məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən il 24 dəfə cərimələnib.

teref.az Avtosfer.az-a istinadən həmin görüntüləri təqdim edir:
[media=https://www.youtube.com/watch?v=V8XIL_fVzIU]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.