"Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb" - İcra başçısı

12-04-2017, 19:58           
"Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb" - İcra başçısı
"Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb”.

APA-nın məlumatına görə, bunu Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

İ. Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: "Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibarət edirlər".

İ. Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda "Sovetski" adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: "Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.

Qeyd edək ki, bu gün Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü bir qrup şəxs tərəfindən narazılıqla qarşılanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.