Abşeronda iki avtomobil piyadanı vuraraq öldürüb

13-04-2017, 08:47           
Abşeronda iki avtomobil piyadanı vuraraq öldürüb
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi "50-CV-299" dövlət qeydiyyat nişanlı "Mercedes A Class" markalı avtomobil tərəfindən vurulub.
Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan "90-TF-811" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru