Mətbuat Şurasından jurnalist-başçı qalmaqalına MÜNASİBƏT: - “O da həddini bilməlidir”

13-04-2017, 14:16           
Mətbuat Şurasından jurnalist-başçı qalmaqalına MÜNASİBƏT: - “O da həddini bilməlidir”
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin ondan açıqlama almaq istəyən jurnalistə qarşı kobud davranışı ilə bağlı videogörüntülər sosial şəbəkələrdə geniş müzakirə olunur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib Image result for Müşfiq ələsgərliki, informasiya əldə etmək istəyən şəxsə qarşı kobudluq yolverilməzdir, ancaq jurnalist də həddini bilməlidir: "Azərbyacanda informasiya almaq və yaymaq sərbəstdir. Bunun forma və qaydaları da müəyyən olunub. Hər bir dövlət qurumunda və təşkilatda informasiya verilməsinə cavabdeh olan bölmələr var. Peşəkar jurnalistlər bilirlər ki, informasiya əldə etmək üçün kimlərə müraciət olunmalıdır.
Əlbəttə, informasiya almaq istəyənə qarşı kobud davranış yolverilməzdir. Amma informasiya əldə etmək istəyən şəxs özü də həddini bilməlidir”.

M.Ələsgərlinin sözlərinə görə, küçədə icra başçısı və nazirin qarşısını kəsib nə isə soruşmaq kimi bir hal yoxdur: "Həmin görüntüdə aydın olur ki, icra başçısı o məqamda müsahibə vermək istəmir, jurnalist də əl çəkməyərək onu açıqlama verməyə məcbur edir.
Bir daha qeyd edirəm ki, kobud davranış yolverilməzdir. Ancaq jurnalist də informasiyanı harda və necə almağın qaydalarını bilməlidir”.
[media=https://www.youtube.com/watch?v=KBFLA6qh510]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.