Ceyhun Osmanlıya vəzifə verildi

13-04-2017, 20:34           

Keçmiş deputat Ceyhun Osmanlı uzun fasilədən sonra yenidən ictimai həyatda aktiv rol almağa hazırlaşır. Ona tapşırılan yeni vəzifə bunu deməyə əsas verir. Belə ki, “İrəli” İctimai Birliyinin sabiq sədri Odlar Yurdu Universitetində dərs deməyə başlayıb.
teref.az xəbər verir ki, sabiq deputat Modern.az-ın əldə etdiyi məlumatın doğru olduğunu bildirib.
“Mən akademik fəaliyyətdən uzaqlaşmamışam. Hazırda təhsil sahəsində fəaliyyətim davam edir. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bir neçə yerli və xarici universitetlə təhsil proqramları çərçivəsində əməkdaşlıq edirəm. O cümlədən Odlar Yurdu Universiteti ilə əməkdaşlıq edirəm. Odlar Yurdu Universiteti ilə də bir neçə proqramımız var. Onların üzərində işləyirik”.
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Modern.az-a Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirdi.
“Ceyhun müəllim iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O universitetdə beynəlxalq proqramlarla məşğuldur. Həmiçinin, tələbələrə mühazirələr oxuyur və dərs də deyir. Ceyhun müəllim bir aydan da az müddətdir ki, universitetdə işləyir. Biz gənclərlə işləməyi bacaran insanları universitetimizə dəvət edirik. Onların bilik və bacarıqlarından yararlanmağa tələbələrimizin çox böyük ehtiyacı var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.