8-ci sinif şagirdi itkin düşdü - FOTO

13-04-2017, 21:23           
8-ci sinif şagirdi itkin düşdü - FOTO
Bərdə rayonunun Meşəcilik İnstitutu ərazində məskunlaşan Kəlbəcədən olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov itkin düşüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, o, aprelin 10-da səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, 8 sinif şagirdi olan L.Qasımov həmin gün məktəbdə də getməyib. İlkin məlumata görə, evdən getməmişdən bir neçə gün əvvəl atası L.Qasımovun mobil telefonunu sındırıb. Bu səbəbdən də yeniyetmə ailəsindən küsüb və evdən qaçıb.

Atası Tapdıq Qasımovun sözlərinə görə, 16 yaşlı oğlu əqli cəhətdən tam normaldır. Valideynləri əvvəlcə oğlanın yaxın qohumlarıgilə getdiyini düşünsələr də, bu ehtimal özünü doğrultmayıb.

Anası Pərvanə Heydərovanın sözlərinə görə, yerli sakinlər 16 yaşlı yeniyetməni məktəbin yaxınlığında yerləşən internet klubda görüblər, amma onun hansı istiqamətə getdiyi bilinmir.

Valdeyinləri hadisə ilə bağlı Bərdə rayon Polis şöbəsinə məlumat veriblər. Hazırda polis L.Qasımovun axtarışlarını davam etdirir.

Qeyd edək ki, Qasımovlar ailəsi əvvələr Bakı şəhərində yaşayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru