İki ədəd manqo 3.7 milyon dollara satılıb

14-04-2017, 08:28           
İki ədəd manqo 3.7 milyon dollara satılıb
Yaponiyada iki ədəd manqo 3.7 min dollara satılıb.

Bu barədə lenta.ru saytı xəbər verib. Auksion ölkənin şimalında yerləşən Miyadzaki şəhərində keçirilib. Hər biri minimum 350 qram olan meyvənin özəlliyi onun yetişdirilmə tərzində və vitaminlərinin bolluğundadır. Bu meyvələri Fukuoka şəhərindəki bir univermağın sahibi alıb. O bildirib ki, bu meyvəni sahibi olduğu mağazanın vitrininə qoyub, alıcıların diqqətini cəlb etməyə çalışacaq. Yaponiyada bu cür auksionlar mütəmadi olaraq keçirilir.

2016-cı ilin mayında Sapparo şəhərində yobari sortundan olan iki yemiş rekord qiymətə, 16 min dollara satılıb.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru