Bakıda iki uşaq anası özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb

14-04-2017, 09:35           
Bakıda iki uşaq anası özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb
Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V. Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var. Onun həyat yoldaşı taksi sürücüsü işləyir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru