Ermənilər Eldarın səhifəsini oğurladı, terrorçu fotosu paylaşdı - FOTO

14-04-2017, 13:40           
Ermənilər Eldarın səhifəsini oğurladı, terrorçu fotosu paylaşdı - FOTO
Ermənilər "Eurovision" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun "İnstagram" səhifəsini ələ keçiriblər. Səhifədə erməni bayrağı, erməni terrorçu Monte Melkonyanın fotosu yayımlanıb. “Yaşasın Ermənistan, yaşasın erməni ordusu” kimi şərhlər paylaşılıb.


Musavat.com məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb.


O, saytımıza açıqlamasında bildirib ki, hazırda səhifəsini geri qaytarmağa çalışır:


"Səhər oyandım ki, səhifəmə hücum olunub və ermənilərlə bağlı paylaşımlar edilib. Üzücü haldır. Səhifəmdə belə paylaşımlar edilməsi məni narahat edir. Hazırda səhifəmi qaytarmağa çalışırıq. İnanıram ki, tezliklə məsələ həll olunacaq və izləyicilərimlə görüşəcəyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru