Piter metrosunda daha bir olay-ORQAN DAŞIYICISI HƏBS EDİLDİ

24-04-2017, 13:05           
Piter metrosunda daha bir olay-ORQAN DAŞIYICISI HƏBS EDİLDİ
"Bizimxeber" Knews.kg-ə istinadən bildirir ki, Sankt-Peterburq metrosunda 23 yaşlı qırğız həbs edilib. Gənc metroya müxtəlif insan orqanları keçirmək istəyərkən saxlanılıb.
"Bizimxeber" məlumat verir ki, gənc "Qorkovskaya" stansiyasında yaxalanıb.
"O xüsusi çantada insan orqanları aparırdı. Şübhəlinin yeraltı girişdə saxlanıldığı məlumdur. Qəribə yüklə saxlanılan gənc adam ona yaxın konteyner aparırmış. Saxlanılan şəxs Şimal-Qərb tibb akademiyasında təhsil aldığını və həkimlərdən birinin xahişi ilə bu yükü Moskva prospektindəki labaratoriyaya apardığını bildirib. Qeyd edək ki, gəncin üstündə nə öz şəxsiyyətini , nə də apardığı "yükün" şəxsiyyətini təstiq edən sənəd olmayıb.Hüquq mühafizə orqanlarının əməkdaşları məsələni aydınlaşdırmağa çalışır",-məlumatda deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.