Belçikada Paris terrorunda şübhəli bilinən şəxs həbs edilib

3-06-2017, 08:28           
Belçikada Paris terrorunda şübhəli bilinən şəxs həbs edilib
Belçikada 2015-ci ilin noyabrında Parisdə terror aktı törətməkdə şübhəli bilinən Yasin Atar həbs edilib.

APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər verib.

30 yaşlı Y.Atar terrorçu dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

Məlumata görə, Yasın Atar Parisdə və Brüsseldə törədilən terror aktlarının təşkilində şübhəli bilinən Usamə Atarın qardaşıdır.

Qeyd edək ki, aprelin sonunda Brüsseldə xüsusi əməliyyat zamanı terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru