Şəmkirdə həyat yoldaşı ilə barışmaq istəyən gənci bel sapıyla döydülər - FOTO/VİDEO

17-06-2017, 09:51           

Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.
teref.az xəbər verir ki , hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü, əslən Yardımlı rayonundan olan Şəkərov Əliqismət Hökməli oğlu həyat yoldaşı ilə barışmaq üçün Dəllər-Cəyir kəndinə, qaynatasının evinə gəlib. Ə. Şəkərov polisə ifadəsində bildirib ki, o, həyat yoldaşı ilə barışmaq istəyirmiş. Lakin qaynanası Ə.Şəkərovu evdən uzaqlaşdırmaq üçün onu qohumlara və qonşulara oğru kimi təqdim edib. Bundan sonra Ə.Şəkərov həyat yoldaşının qohumları və qonşuları tərəfindən bel sapıyla döyülüb. Nəticədə o, ağır xəsarət alıb.
Yaxınlıqdakı şəxslərdən biri Ə.Şəkərovu yük avtomobili ilə Bakıya - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Ə.Şəkərovun ifadəsi Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. (report)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru