Səlahiyyətlərimi bir kənara qoyub həyatımın qalan hissəsini Qüdsdə yerləşən Əqsa məscidini qorumağa hazıram.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çıxış edib.
"Səlahiyyətlərimi bir kənara qoyub, bütün müsəlmanlar üçün müqəddəs olan bu yerin təhlükəsizliyini təmin edən birliklərdə könüllü olaraq qulluq etməyə həyatım boyu hazıram", - Kadırov qeyd edib.
Qeyd edək ki, İsrail 2 gün öncə Əqsa məscidində quraşdırdığı metal detektorları və kameraları ləğv edib.