Ermənistanda vəzifəli şəxsi oğlu və arvadı öldürübmüş

28-07-2017, 13:47           
Ermənistanda vəzifəli şəxsi oğlu və arvadı öldürübmüş
Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın öldürülməsinini bəzi təfərrüatları açıqlanıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisəı ilə əlaqədar iki nəfər saxlanılıb.

Məlumata görə, Simonyanın qətlində onun arvadı və oğlu şübhəli bilinir, onlar artıq saxlanılıblar.

İlkin xəbərə görə, qətlə ailədaxili münaqişə səbəb olub.

52 yaşlı Manuk Simonyanın meyiti iyulun 25-də tapılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.