Nəzarətçini aldadıb türmədən qaçdılar

4-08-2017, 09:38           
Nəzarətçini aldadıb türmədən qaçdılar
ABŞ-ın Alabama ştatındakı türmədə məhbuslar nəzarətçini fıstıq yağı ilə aldadaraq qaçıblar.

Bu barədə lenta.ru saytı BBC-yə istinadən xəbər verib. Belə ki, məhkumlardan biri girişdəki qapıya fıstıq yağı sürtüb. Daha sonra isə işə yeni başlayan türmə nəzarətçisini inandırıb ki, bu qapı onun kamerasına gedən yolda olduğu üçün qıfılını söksün. Türmə nəzarətçisinin səhvi ucbatından 12 məhkum rahatlıqla qaçıb. Onların hər biri narıncı rəngli məhkum geyimi ilə yanaşı içəridən yorğan da götürüblər ki, ona bürünərək, türmənin ümumi məftillərindən rahat keçə bilsinlər.

Yerli polis idarəsinin məlumatına görə, 11 məhbus qaçandan 12 saat sonra geri qaytarılıb. Sonuncu cinayətkar polisdən 2 sutka boyunca gizlənib. Kişini Florida ştatındakı Tekest kəndində tapıblar.

İyulda xəbər verildi ki, sosial şəbəkələrdə Cənubi Kaliforniya türməsindən qaçan 3 məhbus barədə video yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru