Moskvada sürücüsüz taksi təqdim edildi - Video

20-08-2017, 11:02           
Moskvada sürücüsüz taksi təqdim edildi - Video
Yaxın vaxtlarda Moskva yollarında qeyri-adi “Matreşka” adlı taksilər paytaxt sakinlərinə təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu, sürücüsüz uzaqdan idarə olunan elektromobillərdir. Rusiyanın paytaxtında pilot layihə artıq təqdim olunub.

Bu avtomobillərin maksimal sürəti 30 kilometrdir. Hər bir avtomobildə qeydlər aparan kameralar var, bu taksi obyektləri tanıyıb, müəyyən edilmiş marşrut üzrə hərəkət edir. Sürücüsüz elektromobildən 12 nəfər sərnişin istifadə edə bilər.

Gələn ildən Rusiya “Matreşka” elektromobillərinin istehsalına başlayacaq, 2020-ci ildən isə bu taksilər şəhərdə fəaliyyət göstərəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru