Pauerliftinq üzrə dünya ikincisi öldürüldü VİDEO

20-08-2017, 11:23           
Pauerliftinq üzrə dünya ikincisi öldürüldü VİDEO
Pauerliftinq üzrə dünya ikincisi, rusiyalı Andrey Draçov dünən Xabarovskda qətlə yetirilib.

Virtualaz.org “AmurMedia” agentliyinə istinadən xəbər verir ki, küçədə bir sərxoş kişi idmançıya yaxınlaşaraq, hansısa məsələni həll etməyə çalışıb. Draçov cavab verib ki, bunu ayıq başla etmək daha düzgün olardı. Lakin naməlum şəxs dalaşmağa başlayıb.

Bir neçə saniyədən sonra davaya sərxoş şəxsin dostları da qoşulub. Hadisə yerindən Andrey Draçovu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, dünya çempionatının gümüş medalçısı aldığı zədələrdən dünyasını dəyişib.

32 yaşlı Andrey Draçov 2011-ci ildə pauerliftinq üzrə dünya çempionatında gümüş medal alıb. 2015-ci ildə Uzaq Şərq üzrə mütləq kateqoriyada birinci olub. 2017-ci ildə “Ekstremal bodibildinq” üzrə Primorye diyarının açıq çempionatının qalibi adını qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru