Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü –Özü və bacısı ağır xəsarətlər aldı

21-08-2017, 08:58           

Gəncə sakini bıçaqlanıb.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1975-cı il təvəllüdlü Sərdar Məmmədov qonşusu ilə mübahisə edən zaman qarın nahiyəsindən bıçaqlanıb. O xəstəxanaya getmək üçün sükan arxasına əyləşib. Çoxlu qan itirən sürücü yolda idarəetməni itirib və “Honda” markalı avtomobil ilə şəhərin Nizami Gəncəvi küçəsində qəzaya uğrayıb. Ağır bədən xəsarətləri alan S. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Bundan başqa avtomobildə olan bacısı, 1963-cü il təvəllüdlü Mehriban Məmmədova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru