Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar

27-08-2017, 09:21           
Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar
Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Qəzzanın “Samer” kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş “On gün” tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri tam olaraq Qəzzada həyata keçirilib.

“Samer” kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru