4 yaşlı uşağı vəhşicəsinə döyüb küçəyə atıblar - FOTO

27-08-2017, 17:13           

teref.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.

Birliyin rəhbəri Kəmalə Ağayeva öz feysbuk statusunda yazıb ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb. Uşağın başında və qollarında ciddi yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək.
Kəmalə Ağayevanın statusundan uşağın valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.

Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.