Qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçdı (FOTO)

11-10-2017, 11:16           

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Unikal.org report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol nişanının tələblərini pozan 10 NG 395 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil 90 TT 360 qeydiyyat nişanlı "Toyota" markalı maşına çırpılıb. Hadisəni törədən sürücünün avtomobili deformasiyaya uğrayıb. Lakin, o, baş vermiş hadisədən sonra avtomobilini yolda qoyaraq qaçıb. Yol Patrul Ximdətinin (YPX) əməkdaşları hadisəni törədən sürücünün kimliyini müəyyən ediblər. Onun axtarışına başlanılıb.
Qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçdı (FOTO)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru