Üç xarici şirkətin Azərbaycandakı filialı ləğv olundu –Rəsmi

11-10-2017, 11:17           
Üç xarici şirkətin Azərbaycandakı filialı ləğv olundu –Rəsmi
"Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edir.

“Vergilər” qəzetinin xüsusi buraxılışında verilən xəbərə görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.

"Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bildirilir ki, kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru