Sərnişin avtobus sürücüsünə hücum etdi - VİDEO

11-10-2017, 11:39           
Sərnişin avtobus sürücüsünə hücum etdi - VİDEO
Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə oktyabrın 10-u saat 19:20 radələrində “28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb.

Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, Bakı Kart sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan düşərək qaçıb.

Hadisə nəticəsində istismarçı şirkətə külli miqdarda ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
[media=https://www.youtube.com/watch?v=lGuMFN8CHxs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru