Dikdaban ayaqqabı geyinməyə məcbur edilən ofisiant dırnağını itirdi

13-10-2017, 09:17           
Dikdaban ayaqqabı geyinməyə məcbur edilən ofisiant dırnağını itirdi
Kanadalı ofisiant xanımla bağlı Facebook sosial şəbəkəsində müdafiə kampaniyası başlanıb. Kampaniyaya səbəb ofisiantı çalışdığı iş yerində dikdaban ayaqqabı geyinməyə məcbur etmələri və bunun sonucunda onun ayağının qanaması olub.

“The Daily Mail”in xəbərinə görə, xanımın durumu ilə bağlı təəssüflərini bildirənlər onun çalışdığı restoranı boykot etməyə çağırıblar. “Joey” restoranlar şəbəkəsində çalışan xanımın fotolarını isə Nikola Qavins yayımlayıb. Bu, 11 min paylaşın və 412 şərhə səbəb olub. Ofisiant xanımın adı hələ tam açıqlanmayıb. Amma Nikola bildirib ki, ayağının qanamasına baxmayaraq, restoranda növbəti gün də ofisiantı dikdabanla gəzməyə məcbur ediblər. Ona daha rahat ayaqqabıda gəzməyə icazə verməyiblər. Qeyd olunur ki, müəssisənin siyasətinə uyğun olaraq, əməkdaşlar dikdaban ayaqqabı geyinməyə məcburdurlar.

Amma fotosu yayılan ofisiantın ayağı qanayıb və dırnağını itirib. Bununla belə restoranın meneceri ondan dress koda riayət etməsini tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru