Novxanı bağlarında dəhşət: - əli qolu bağlı şəkildə...

13-10-2017, 11:36           
 Novxanı bağlarında dəhşət: - əli qolu bağlı şəkildə...
Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb.

teref.az Lent.az-a istinadən xəbər verir ki, qəsəbədəki evlərdən birində orta yaşlı kişinin meyiti əlləri və ayaqları bağlanmış şəkildə aşkarlanıb. Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olması da müəyyən edilib.

Hazırda qətlə yetirilən şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində iş aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru